Bakıda “Jiquli” ilə “KamAZ” toqquşub, 1 nəfər ölüb
- 02.09.2013, 21:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda ağır yol qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Qaradağ rayonunda, Bakı-Şamaxı magistral avtomobil yolunun 20-ci kilometrliyində “VAZ 2106” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan “VAZ 2106” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin, 1948-ci il təvəllüdlü Abdullayeva Məhbubə Balasər qızının cəsədini çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Şahidlərin bildirdiyinə görə, “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat saat 13:36-da başa çatıb.