Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcək.
Zurabişvili bunu brifinq zamanı deyib.
“Mən heç yerə getmirəm. Kimisə tərk etmək niyyətində deyiləm. Mən burada qalacağam”, - Zurabişvili vurğulayıb.
Gürcüstan parlamenti isə sürətləndirilmiş şəkildə “Xüsusi Dövlət Mühafizə Xidməti haqqında” qanuna dəyişiklikləri qəbul edib.
Bu dəyişikliklərə əsasən, prezidentlik müddəti başa çatdıqdan sonra Salome Zurabişvilinin dövlət mühafizəsinə dair hüququ olmayacaq.