“Boeing” “787 Dreamliner”in istehsalının genişləndirilməsinə 1 milyard dollar investisiya qoyacaq

ABŞ-nin “Boeing Co.” konserni “787 Dreamliner” təyyarələrinin istehsal edildiyi Cənubi Karolinadakı istehsal kompleksinin genişləndirilməsinə 1 milyard dollar sərmayə qoyacaq.


Bu barədə LIVE.az konsernin məlumatına istinadən xəbər verir.


Qeyd olunur ki, əməliyyatların genişləndirilməsi “Boeing”in bu laynerlərin istehsalı üzrə hədəf göstəricilərə çatmasına kömək edəcək. “787 Dreamliner” təyyarələrinin istehsalı proqramı 2026-cı ilə qədər aylıq istehsalın 10 təyyarəyə qədər artırılmasını nəzərdə tutur.


“Boeing” cari ilin sonuna qədər “787 Dreamliner” laynerlərinin aylıq istehsal həcmini 5-ə çatdırmağı planlaşdırır.


Cənubi Karolinadakı “Boeing” müəssisəsi 2009-cu ildən fəaliyyət göstərir. Hazırda müəssisədə 7,8 mindən çox insan çalışır. Əməliyyatların genişləndirilməsinin növbəti beş il ərzində zavodda əlavə 500 iş yerinin yaradılmasına imkan verəcəyi gözlənilir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri