İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 37 min 766 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 218 min 536 nəfərə çatıb.
LIVE.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Qeyd edilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.