ADY: Quru sərhədləri açılsa, Bakı-Tbilisi-Bakı reysi bərpa ediləcək



Azərbaycanın quru sərhədləri açılsa, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək.


Live.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.


"Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq", - deyə o qeyd edib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri