Hakan Şükür Bakıya gəlir
- 30.04.2013, 11:00,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş oyunçusu, millət vəkili Hakan Şükür Bakıya gəlir.
Bu barədə məlumatı Hakan Şükür sosial şəbəkələrdə məlumat yayıb. O, “Facebook” və “Twitter” səhifələrində “Xeyirli sabahlar. Yolçuluq Azərbaycana” yazıb.
Xatırladaq ki, Hakan Şükür İki gün ərzində Bakıda olacaq və paytaxtınızda bir sıra vacib görüşlər həyata keçirəcək.
Futbolçunun sözlərinə görə: Məni Azərbaycana “Bakı”nın prezidenti Hafiz Məmmədov dəvət edib. Səfər zamanı “Atletiko”nun "Bakı"yla oyununu da izləyəcəm. Mayın 1-də isə veteranlar arasında Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək. Həmin oyunda iştirak etməliyəm. Azərbaycana gəlişimdən çox şadam. Hamı ölkələrimizin nə qədər yaxın olduğunu bilir. Bizi çox şeylər birləşdirir”, – deyə Hakan Şükür bildirmişdi.