KİV: Cənubi Koreyalı müstəntiqlər ölkə prezidentini həbs edə bilməyiblər

Cənubi Koreya Prezidenti Yun Sok Yolun iqamətgahına gələn ölkənin Yüksək Vəzifəli Məmurlar Arasında Korrupsiyanın Araşdırılması İdarəsinin (CIO) müstəntiqləri, məhkəmənin qərarına əsasən, prezidenti həbs etmək cəhdlərini dayandırıblar.


Bu barədə“Yonhap” agentliyi xəbər verir.


Müstəntiqlər həmçinin növbəti addımların nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq Yun Sok Yolun davranışından təəssüfləndiklərini bildiriblər.


////


Cənubi Koreyanın hüquq-mühafizə orqanlarının əməkdaşları qiyam ittihamı ilə həbs etmək üçün Prezident Yun Sok Yolun iqamətgahına gediblər.


Bu barədə "Yonhap" agentliyi xəbər yayıb.


Həbs əvvəllər verilmiş order çərçivəsində həyata keçirilir. Eyni zamanda, tərəfdarları hələ də bir gün əvvəl orada prezidentə dəstək üçün kütləvi aksiya təşkil etdikləri Yun Sok Yolun iqamətgahındadır.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri