Azərbaycana ötən il turist axını 26 % artıb

2024-cü ildə Azərbaycana 2 milyon 626 min 838 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.


LIVE.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 26 % çoxdur.


Təkcə ötən ilin ancaq dekabr ayında isə ölkəyə 214 678 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 11 % çoxdur.


Hesabat dövründə Azərbaycana ən çox turist 731 009 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (426 241 nəfər), 3-cü yerdə isə Hindistan (243 589 nəfər) qərarlaşıb. Bundan başqa, il ərzində İrandan 210,1 min, Gürcüstandan 111,2 min, Səudiyyə Ərəbistandan 98,1 min, Qazaxıstandan 86,3 min, Pakistandan 80,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 46,7 min, Özbəkistandan 46,3 min, Çindən 44,7 min, Ukraynadan 36,1 min, Türkmənistandan 33 min, Küveytdən 31,3 min, İsraildən 28,9 min turist gəlib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri