Azərbaycan və Gürcüstan XİN başçılarının təkbətək görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Boçorişvilinin geniş tərkibdə görüşü olub.


LIVE.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.


Görüş çərçivəsində tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar, habelə regional və qarşılıqlı maraq doğuran beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davam edən sülh prosesində mövcud problemlər barədə məlumat verib.


///



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin təkbətək görüşü başlayıb.


Bu barədə XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.


Tərəflər görüş çərçivəsində Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas mövzularını və onun regionun inkişafı üçün əhəmiyyətini müzakirə ediblər.

Şərhlər
Siyasət bölməsinin xəbərləri