Gürcüstan XİN rəhbəri: Hökumət ərazi problemlərimizin sülh yolu ilə nizamlanmasını prioritet sayır

Gürcüstanın yeni hökuməti ərazi problemlərinin sülh yolu ilə nizamlanmasını prioritetlərdən biri hesab edir.


Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.


"Hökumət üçün Avropa və Atlantik strukturlarına inteqrasiya vacibdir", - o qeyd edib.


M.Boçorişvili vurğulayıb ki, həm Gürcüstan, həm də Avropa İttifaqı (Aİ) ölkənin quruma daxil olması yolunda çox iş görməlidir.


"Gürcüstan lazım gələrsə, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün öz potensialından tam istifadə edəcək", - o əlavə edib.




Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri