Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 min 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.
LIVE.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyini rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94 min 246 doğulan körpə qeydə alınıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.
Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.
Körpələrdən 3 min 90-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub.