Əhməd əş-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək.
Bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında qeyd olunub.
Suriyanın yeni hakimiyyəti 2012-ci il konstitusiyasının artıq qüvvədə olmadığını, parlamentin, ölkəni 60 ildən artıq idarə edən Ərəb Sosialist İntibah Partiyasının, eləcə də keçmiş prezident Bəşər Əsədin sədrlik etdiyi Milli Tərəqqi Cəbhəsinin bütün partiyalarının buraxıldığını elan edib.
Xatırladaq ki, ötən il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa olub.
Report