O'Sallivan: Aİ Qazaxıstandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb etmir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar məsələsində Qazaxıstana heç bir tələb irəli sürmür və hakimiyyətin bu məsələləri müstəqil şəkildə həll etməklə bağlı mövqeyinə tam hörmətlə yanaşır.


Bunu Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan Astanada keçirilən mətbuat konfransında deyib.


"Biz heç nə xahiş etmirik, Qazaxıstandan hansısa malların ixracını qadağan etməyi təklif etmirik. Bu, bizim səlahiyyətimizə aid deyil. Biz Qazaxıstanda istehsal olunmayan, bəzi şirkətlərin Qazaxıstan vasitəsilə idxal edərək Rusiyaya satdığı Avropa mallarından danışırıq", - o bildirib.


Onun sözlərinə görə, bu, sanksiya altında olan malların qeyri-qanuni ticarəti kimi qiymətləndirilə bilər.


"Yeganə məqsəd sanksiyalardan yayınmaqdır", - O'Sallivan qeyd edib.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri