Qazaxıstanlı nazir: Yaxın günlərdə Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr açıqlanacaq

Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq.


Bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.


Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələdədir.


"Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də demişdik ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik.


Mütəxəssislərə işlərini tamamlamaq üçün vaxt lazımdır. Bu, zəhmət tələb edən işdir", - o qeyd edib.


Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.




Report

Şərhlər
Hadisə bölməsinin xəbərləri