Bakıda rolik sürənlər üçün xüsusi park yaradılacaq

Bakıda rolik sürənlər üçün xüsusi park yaradılacaq Bakıda rolik sürənlər üçün xüsusi park yaradılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.

A.Rəhimovun sözlərinə görə, bu park Bayılda tikilən velosiped parkının nəzdində inşa olunacaq: "Dənizkənarı Milli Parkda rolik parkının yaradılması üçün sahə tapılmayıb. Bu səbəbdən Bayılda tikilən böyük velosiped parkında bu sahəni yaradacıq".

Nazir bildirib ki, hazırda Xaçmaz rayonunda yerləşən Olimpiya İdman Kompleksində rolik parkı açılıb.

O vurğulayıb ki, Rolik Federasiyası artıq ölkədə mövcuddur və təşkilatı işləri həyata kerçirəcək.

Nazir A.Rəhimov həmçinin qeyd edib ki, sentyabrda Göygöl rayonunda Olimpiya İdman Kompleksinin açılışı həyata keçiriləcək. Ağcabədi və Abşeron rayonlarında isə Olimpiya İdman Komplekslərinin tikintisi istiqamətində işlər gedir.

Nazirin sözlərinə görə, bu il Bakıda Olimpiya Hərəkatı və İdman Muzeyinin təməlqoyması həyata keçiriləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri