Bakıda iki qohum elektrik cərəyanı vurmasından ölüb

Bakının iki sakini elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 2-də Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
Hadisə zamanı qəsəbə sakinləri Habil Fətiyevi və qohumu Kənan Fətiyevi elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri