Avropa Mərkəzi Bankı (ECB) üç əsas faiz dərəcəsinin hər birini 25 baza bəndi azaldıb.
Bu barədə tənzimləyicinin məlumatında bildirilib.
Depozitlər üzrə faiz dərəcəsi indi 2,5 %, əsas yenidən maliyyələşdirmə əməliyyatları (main refinancing operations, MRO) üzrə faiz dərəcəsi 2,65 %, marjinal kreditlər üzrə faiz dərəcəsi isə 2,9 % təşkil edir.
Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.
“Report”, "İnterfaks"