Azərbaycan ipoteka maliyyələşdirilməsini 80 faizdən çox artırıb
- 03.09.2013, 16:26,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvar-avqust aylarında 78,16 milyon manat məbləğində kredit verilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün nəticələri üzrə maliyələşdirmənin həcmini 83,86 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.
AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 498,35 milyon manatdan çox (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat) ipoteka krediti ayrılıb.
2013-cü ilin yanvar-avqust ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 44,98 milyon manat təşkil edib. İlin əvvəlindən AİF 37 milyon manat dəyərində istiqraz yerləşdirib.
İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər adi ipotekanın maliyyələşdirilməsinə ayrılır. İyulda AİF-ə 2013-cü dövlət büdcəsində sosial ipoteka üçün yerləşdirilən 40 milyon manatdan qalan 20 milyon manat köçürülüb.