Zelenski enerji obyektlərinə hücumların dayandırılması təklifini dəstəkləyib

Ukrayna enerji infrastrukturuna hücumların dayandırılması təklifini dəstəkləyəcək.


Bunu Ukrayna lideri Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında söhbətdən sonra keçirilmiş mətbuat konfransında deyib.


“Rusiya və Ukrayna ABŞ-nin vasitəçiliyi ilə enerji infrastrukturuna hücum etməmək barədə razılığa gələ bilərlər. Bizim tərəf bunu dəstəkləyəcək. Amma ola bilməz ki, Rusiya bizim enerji sektorumuza hücum etsin, biz isə susaq. Biz cavab verəcəyik”, – Zelenski bildirib. O əlavə edib ki, barış istənilən halda “şərtsiz atəşkəs”lə başlayır.


Ukrayna Prezidentinin sözlərinə görə, ABŞ Prezidentinin rusiyalı həmkarı ilə söhbətindən sonra Trampla hələ söhbət olmayıb, lakin belə bir danışıqların baş tutacağını gözləyir. Zelenskinin sözlərinə görə, bundan sonra o, “xüsusən nəyi dəstəkləmək lazım olduğunu” başa düşmək üçün Rusiya ilə razılaşmalar haqqında daha çox təfərrüat əldə edə biləcək.


Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Amerika lideri Donald Trampın Rusiya və Ukraynanın 30 günlük enerji infrastrukturuna zərbələrdən qarşılıqlı imtinası barədə ideyasını dəstəklədiyi və Rusiya hərbçilərinə müvafiq göstəriş verdiyi bildirilmişdi.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri