Zelenski Vitkoffun referendumlarla bağlı açıqlamalarını Ukrayna üçün təhlükəli olduğunu deyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Ukraynanın işğal olunmuş ərazilərində keçirilən referendumlarla bağlı bəyanatlarını şərh edərək, bunların Kremlin mesajları ilə üst-üstə düşdüyünü deyib.


Bu barədə Zelenski jurnalistlərlə görüşündə bildirib.


“Təəssüf ki, bəzi insanların, o cümlədən cənab Vitkoffun söylədikləri Kremlin mesajları ilə çox üst-üstə düşür”, - o qeyd edib.


Zelenskinin sözlərinə görə, referendumların keçirilməsi üçün heç bir real qanunvericilik əsası yox idi və səsvermənin özü də Rusiya silahlı qüvvələrinin təzyiqi və nəzarəti altında baş tutub.


Ukrayna Prezidenti vurğulayıb ki, dünya ictimaiyyəti bu referendumların nəticələrini tanımır.


Xatırladaq ki, bir müddət əvvəl S.Vitkoff amerikalı jurnalistə müsahibəsində demişdi ki, münaqişənin əsas problemi guya referendumların keçirildiyi Donbass və Krım əraziləridir və əhalinin əksəriyyəti Rusiyaya qoşulmağın tərəfdarıdır. Bundan sonra Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin rəhbəri Aleksandr Merejko Trampdan Vitkovu tutduğu vəzifədən azad etməyi tələb edib.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri