Vaşinqton avtomobil idxalına 25 % rüsum tətbiq edəcək

ABŞ administrasiyası ölkə xaricində istehsal olunan bütün avtomobillərə 25 % idxal rüsumu tətbiq edəcək.


Bu barədə Prezident Donald Tramp Ağ evdə jurnalistlərlə söhbəti zamanı bildirib.


“Biz faktiki olaraq 25 % həcmində tarif tətbiq edəcəyik. Lakin əgər siz avtomobilləri Amerika Birləşmiş Ştatlarında yığırsınızsa, o zaman tariflər olmayacaq”, – o söyləyib.


Trampın sözlərinə görə, rüsumlar aprelin 2-dən qüvvəyə minəcək.





“Report”, “Reuters”

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri