KİV: Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.


Bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb. 


Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.



///



Myanmada baş verən güclü nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb.


Bu barədə “Kyodo” agentliyi  xəbər verir.


Vurğulanıb ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.


Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən çox işçi olub.


Qeyd edək ki, Myanmada öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri