Metropoliten işçisini ölümə aparan gizlinlər
- 03.09.2013, 17:47,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Metropolitenin xanım əməkdaşının ölümü ilə bağlı qaranlıq məqamlar üzə çıxıb. Avqustun 30-da aeroport yolunda Günay Məmmədovanın ölümü heç də mətbuatda yazılanlar kimi deyil.
Mediada yazılanlara görə, Günay Məmmədova hadisə baş verən gün nişanlısı Rabil Rzayevlə hansısa söhbət üçün evdən çıxıblar və təxminən bir saat sonra bədbəxt hadisə baş verib. Hadisədən sonra isə Günayın nişanlısı yoxa çıxıb. Bu barədə bir qədər sonra...
Hüquq mühafizə orqanlarından Milli.Az-ın aldığı məlumata görə, G.Məmmədova əvvəllər ailəli olub. Toyundan bir neçə ay sonra ayrılaraq ata evinə qayıdıb. Sonralar isə, Bakı metrosunun “Gənclik” stansiyasında işlədiyi vaxt polis əməkdaşı Rabil Rzayevlə münasibət qurub. Rabil bir neçə ay əvvəl Günayla şərt kəsərək nişanlanıb. Şərt isə ondan ibarət olub ki, Günayın əvvəllər ailəli olması ikisinin araslında sirr olaraq qalacaq. Yəni Railin ailəsi bundan xəbər tutmamalıdır. Lakin hadisədən əvvəl Rabil Günay haqda dostuna danışıb. Həmin dostu isə Günayın əvvəllər ailəli olması barədə Rabilin ailəsinə məlumat verib. Bundan sonra isə Rabil və Günay arasında münaqişə yaranıb.
Hadisə baş verən gün Günay nişanlısı ilə məhz bu söhbəti aydınlaşdırmağa gedibmiş. Rabil görüş zamanı Günaya aralarındakı sirrin artıq məlum olduğunu, dostunun valideynlərinə onun əvvələr evli olması xəbərini çatdırdığını deyib. Bu isə baş vermiş faciəyə zəmin yaradıb.
G.Məmmədovanın Rabilin maşınından özünü atması ilə bağlı söhbətlər gəzsə də, onu vuran "BMW X5"-in sürücüsü Təhmin Vəliyev ilkin ifadəsi bu faktı təkzib edir.
Sürücü deyib ki, yolda gedərkən G.Məmmədova kənarda dayanıbmış, qəflətən özünü maşının altına atıb.
Hadisə baş verən gündən isə R.Rzayevin yoxa çıxması və Günayın mobil telefonunun da onun maşınında qalması istintaqda şübhələr yaradıb.
İşin istintaqını aparan müstəntiq Cəmşid Əliyev Milli.Az-a bildirdi ki, hazırda Rabil Əliyevi tapıb ifadəsini almaq mümkün olmayıb. O, telefonunu söndürərək üzə çıxmır. Müstəntiqin sözlərinə görə, hadisə ilə bağlı fərziyyələr R.Rzayevin ifadəsindən sonra aydınlaşacaq.
Bakı Metropoliteni Polis Şöbəsindən bildirildi ki, R.Rzayev bir neçə gündür işə çıxmır.