Bakı Ali Neft Məktəbinin binası köçürüləcək
- 03.09.2013, 18:18,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində yaradılan Bakı Ali Neft Məktəbinin (BANM) binası köçürüləcək. Bakı Ali neft Məktəbinin mətbuat xidmətindən verilən məlumata görə, Ali Neft Məktəbinin ərazisi daha da genişləndiriləcək.
Bu məqsədlə də universitet hazırda yerləşdiyi binadan ərazisi daha geniş olan yerə köçürüləcək. Bakının Səbail rayonu ərazisinə köçürüləcək məktəbin ərazisində universitet şəhərciyi olacaq.
Artıq Ali Neft Məktəbinin yeni layihəsi də hazırlanıb. Tikintisinə başlanılan yeni universitet şəhərciyi gələn il istifadəyə veriləcək.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi yaradılması ilə bağlı prezident İlham Əliyev 29 noyabr 2011-ci il tarixində fərman imzalayıb. Ali məktəbin yaradılmasında məqsəd beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları ilə təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir. Hazırda Ali Neft Məktəbində neft sahəsinə aid ixtisaslar – neft mühəndisliyi, neft emalı, neft-kimya, neft-qaz sahələri üzrə ixtisaslar tədris olunur. Ali məktəbdə ilk tələbələr 2012-ci ilin sentyabr ayında təhsil almağa başlayıblar.