Masallı sakinlərinin gecələr yatmağa qoymayan şəxs tutuldu

Masallı rayonunda ondan çox mağazanı çapıb-talayan şəxsi polis nəhayət ki tuta bilib. ANS-in verdiyi məlumata görə, Boradigah qəsəbə sakini, 1994-cü il təvəllüdlü Nahid Mirzə oğlu İsmayılzadə saxlanılıb.

Aparılan istintaq zamanı müəyyənləşib ki, Nahid İsmayılzadə gecə saatlarında ərzaq mağazalarına qapını sındırmaq yolu ilə daxil olub. Oradakı nağd pulu, ərzaq məhsullarını, siqaretləri oğurlayıb. Ümumilikdə sahibkarlara 3 min manatdan artıq ziyan vuran Nahid İsmayılzadə barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrilə cinayət işi başlanıb. Masallı rayon polis şöbəsi istintaq bölməsinin rəisi Elçin Fərəcovun verdiyi məlumata görə, hazırda istintaq onun kim ilə əlbir olmasını araşdırır. Oğurluq hadisələrinin sayının artacağı istisna edilmir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri