Serj Sarkisyan: “Ermənistan Gömrük İttifaqına daxil olmağı qərara alıb”

“Ermənistan Gömrük İttifaqına daxil olmaq və gələcəkdə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etmək niyyətindədir”.

APA-nın “Novosti Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya və Ermənistan dövlət başçıları arasında Moskvada keçirilmiş danışıqların nəticələrinə dair birgə bəyanatında deyilir.


Kremlin açıqlamasında qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidentinin bu qərarını dəstəkləyib və bu prosesi dəstəkləməyə hazır olduğunu bildirib.


"Sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmağı qərara aldığını bəyan edib və bu məqsədlə əməli addımlar atmağa, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etməyə hazır olduğunu bildirib”, deyə açıqlamada deyilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri