Yaponiyada 6,9 bal gücündə zəlzələ olub

Yaponiyanın cənub-şərqində, okeanda 6,9 bal gücündə zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətin saytında dərc olunmuş məlumatda bildirilir.

Bakı vaxtı ilə 05.18-də qeydə alınmış zəlzələnin episentri Yaponiya sahillərindən 500 km aralıda olub. Yeraltı təkanlar 400 km dərinlikdə baş verib.

Dağıntılar və tələfat barədə hələlik heç bir məlumat verilməyib. Sunami xəbərdarlığı verilməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri