«Unibank» kampaniya çərçivəsində 30 mln. manata yaxın əmanət cəlb edib
- 04.09.2013, 14:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
«Unibank» ASC-nin üç aydan artıq bir müddətdə davam edən «Unibank»a əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereyası başa çatıb.
Bankan APA-ya verilən məlumata görə, kampaniya dövründə depozit portfelinin artımı 28 mln. manatdan çox olub ki, bu da ümumi depozit portfelinin 9%-i deməkdir. Fiziki şəxslərdən bankın cəlb etdiyi vəsaitlər hesabına 2013-cü il sentyabrın 1-nə «Unibank»ın ümumi depozit portfeli 350 mln. manatı ötüb. Hesabat dövründə bankda depozit hesabı açan şəxslərin sayı isə 24% artıb. Hazırda «Unibank»da depozit hesabı olan müştərilərin sayı 12 mindən artıqdır.
Xatırladaq ki, «Unibanka» əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereya mayın 20-dən avqustun 31-dək davam edib. Lotereyanın şərtlərinə görə, müştəri ən azı 12 ay müddətinə 100 AZN/USD/EUR məbləğində əmanət yerləşdirməli və ya mövcud əmanətin müddətini kampaniya ərzində ən azı 12 ay müddətinə artırmalıdır. Hər 100 AZN/USD/EUR həcmində əmanət bir şans kimi dəyərləndirilib. Lotereyanın uduş fondu sentyabrın 10-da «Unibank»ın baş ofisində oynanılacaq və nəticələr 3 iş günü ərzində KİV-də elan ediləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN, bir qalib isə «Chrysler 200» avtomobili qazanacaq.