Azərbaycanda isti hava şəraitində yollarda böyük qabaritli maşınların hərəkəti qadağan oluna bilər
- 04.09.2013, 14:25,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda böyük qabaritli maşınların + 30 dərəcədən yüksək və - 8 dərəcədən aşağı temperaturda hərəkətinin qadağan olunması ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək.
Milli Məclisdən APA–ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunla yanaşı bir sıra sənədlərə də əlavə və dəyişikliklər müzakirəyə çıxarıla bilər.
Buna səbəb olaraq son illər respublika ərazisində yenidən təmir olunan yolların mühafizəsinin təmini və ağır yük maşınlarının bu temperaturda yarada biləcəyi qəzaların qarşısının alınmasıdır. Hazırda layihə üzərində Nəqliyyat Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin mütəxəssisləri ilə birlikdə iş gedir. Layihənin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.