Tovuzda davada qardaşına görə araya girən bacı öldü

Tovuzda davada qardaşına görə araya girən bacı aldığı bıçaq yarasından 5 gün sonra xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, cari ilin avqust ayının 29-da Tovuz rayonunun Əyyublu kənd sakini İvan Hüseynov münaqişə zəminində həmkəndlisi Rəşid Əliyevi bıçaqla vurmağa cəhd göstərib. Bu zaman araya girmiş Rəşid Əliyevin bacısı Təranəyə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Təranə Əliyeva sentyabrın 3-də orada ölüb.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İvan Hüseynov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri