Moskvada iki soydaşını bıçaqlayan azərbaycanlı özünü 13-cü mərtəbədən ataraq intihar edib

Rusiya paytaxtında azərbaycanlı özünü yaşadığını binanın 13-cü mərtəbəsindən ataraq intihar edib.

APA-nın verdiyi məlumata görə, hadisə paytaxtın Cənub-Şərq hissəsində, Yunıx Lenintsev küçəsindəki 51 nömrəli binada baş verib.

Məlumata görə, azərbaycanlı gənc ilə iki dostu arasında mübahisə yaranıb. Mübahisə nəticəsində azərbaycanlı hər iki dostunu bıçaqla yaralayıb. O, daha sonra özünü yaşadığı evin 13-cü mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri