"iPhone 5"in təqdim ediləcəyi vaxt açıqlandı (VİDEO)

Amerikanın "Apple" şirkətinin çoxdandır gözlənilən yeni "iPhone 5S" smartfonunu təqdim edəcəyi tarix müəyyənləşib. Sentyabrın 10-da baş tutacaq təqdimat mərasiminin dəvətnamələri artıq jurnalistlərə paylanılıb. Amerika şirkəti keçiriləcək tədbirdə İphone smartfonunun eyni zamanda iki versiyasını təqdim edəcəyi gözlnilir.

"iPhone 5S" adlanan ucuz smartfonun büdcəyə uyğun versiyası alüminium deyil, plastik korpusla təchiz edilib. Bu smartfon istifadəçilərə bir neçə rəngdə təklif olunacaq.

Zahirən "Apple"in son model smartfonundan fərqlənməyən telefon, daha mükəmməl elektron içliyə sahibdir. Yeni "iPhone"un displeyinin İGZO texnologiyası vasitəsi ilə hazırlandığı açıqlanıb. Bu texnologiya displeylərə batareyadan daha səmərəli istifadə etməyə imkan verir.
Amerika mətbuatının yaydığı məlumata görə, yenilik ikinüvəli prosesorla və 2 gb operativ yaddaşla təchiz edilib. Bundan əlavə, yeni smartfon LTE ADVANCED şəbəkəsi və vay-fay simsiz bağlantısını dəstəkləyir.

Qeyd edək ki, hazırda Android sistemində işləyən cihazlara tələbat artması səbəbindən "Apple" bazarda öz mövqeyini itirmək təhlükəsi ilə qarşılaşıb. 2013-cü ilin ikinci yarım ilində İOS ƏS çalışan qurğular bazarın cəmi 13% əhatə edib, halbuki bu dövrdə Androidin payı 10% artaraq 79-ə çatıb.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri