Nazim İbrahimov: “Bakıda keçirilən beynəlxalq tədbirlər dünyada bizə qarşı olan ikili standartlara tutarlı cavabdır”

“Artıq on illərdir ki Azərbaycanın həyatında bütün istiqamətlərində gedən inkişaf, dövlətçiliyin möhkəmlənməsi ölkəmizi dünyada maraq cəlb edən dövlətə döndərib”.

APA-nın məlumatına görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədi ilə debatlarda jurnalistlərə açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Onun sözlərinə görə, Bakı beynəlxalq mərkəzə çevrilməkdədir və bu səbəbdən paytaxtda bir neçə ildir çox böyük tədbirlər keçirilir: “Dünyada sözü olan insanlar çox böyük məmnunluqla buradakı tədbirlərdə iştirak edir. Bu ilin may ayında Bakıda 1-ci Qafqaz forumu keçirilib və gələcəkdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır. Bugünkü forum da gələn il keçiriləcək 2-ci Qafqaz forumuna hazırlıq məqsədini daşıyır. Həmin forumda prezidentimiz tərəfindən söylənən fikirlər 1-ci Qafqaz forumun iştirakçılarının marağına səbəb oldu. Prezidentin şəxsi himayəsi altında keçirilən belə tədbirlər dünyada marağa səbəb olur. Mənə elə gəlir ki, Bakıda keçirilən bu tədbirlər dünyada bizə qarşı olan ikili standartlara tutarlı cavabdır. Bu, ölkəmizdə yürüdülən siyasətin nə qədər müdrik və tolerant olduğunu göstərməyə imkan verir”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri