Xaçmazda nazirliyin və dövlət komitəsinin adından istifadə edən iki nəfər Salyan sakini müəyyənləşdirilib
- 05.09.2013, 14:07,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaçmaz rayonunda Maliyyə Nazirliyinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin adından istifadə edərək vətəndaşları aldadan iki nəfər barəsində araşdırmalara başlanılıb.
Xaçmaz Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Salyan rayon sakinləri Teymur Həsənov və Cəfərağa Musayev barəsində istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir. Hər iki şəxs “Sahibkarlıq və Hüquq” MMC-nin əməkdaşlarıdır.