Mənimsəmədə təqsirləndirilən istirahət mərkəzinin sahibi məhkəmə zalından azadlığa buraxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Asif Əsədullazadə 8 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Asif Əsədullazadə direktor müavini olduğu "Badi-Kübə" MTK adından 29 nəfərlə müqavilə bağlayıb, onlara şirkətə məxsus binadan ev satmağa razılaşıb. Lakin həmin pulları mənimsənilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri