Riçard Morninqstar: “Qoşunların təmas xəttində mülki vətəndaşların həlak olması böyük faciədir”

Riçard Morninqstar: “Qoşunların təmas xəttində mülki vətəndaşların həlak olması böyük faciədir” “Qoşunların təmas xəttində açılan atəş nəticəsində mülki vətəndaşların həlak olması böyük faciədir”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

“Bu səbəbdən hesab edirik ki, münaqişə çox uzana bilməz və mümkün qədər tez həll olunmalıdır. Qəti şəkildə bildiririk ki, hər iki tərəfdən mülki vətəndaşların bu münaqişənin qurbanı olması yolverilməz haldır”.

Səfir eyni zamanda ATƏT-in Minsk Qrupuna yeni təyin edilmiş amerikalı həmsədr Ceyms Uorlikin regiona səfəri barədə də danışıb: “Biz yeni həmsədr Ceyms Uorlikin Cənubi Qafqaza səfərini səbirsizliklə gözləyirik. Mən onu çox yaxşı tanıyıram. O çox təcrübəli diplomatdır. Çox kreativ insan olduğuna görə, əminəm ki, yeni ideyalarla prosesə öz töhfəsinə verəcək”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri