Rusiya ABŞ-a nota verib
- 05.09.2013, 14:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Üçüncü ölkələrdə ABŞ-ın sorğusu əsasında üç Rusiya vətəndaşının həbs olunması Vaşinqtonla Moskva arasında diplomatik qalmaqala səbəb olub.
APA-nın məlumatına görə, bununla bağlı ABŞ-ın Moskvadakı səfirliyinə nota təqdim olunub.
Rusiya Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və hüququn aliliyi üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov Rusiya vətəndaşlarının şübhəli ittihamlarla təqib olunmasına misal çəkərək bu qəbuledilməz praktikaya son qoyulmasını tələb edib və bildirib ki, bu kimi halların davam etməsi Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək.