Daşkəsəndə gəlin qayınanasını bıçaqlayıb

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Daşkəsən rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Yuxarı Daşkəsən adlanan hissəsində baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü Elnarə Əsgərova ailədaxili münaqişə zəminində qaynanası, 1957-ci il təvəllüdlü Validə Qədirovanı ayaq nahiyəsindən bıçaqlayıb. Daha sonra gəlin özünün qarın nahiyəsinə bıçaqla zərbə endirib. Hər iki qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri