"Borrusiya Dortmund" Çempionlar Liqasının finalına çıxdı
- 01.05.2013, 01:13,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olub.
Ilk oyun günündə Madridin "Real" klubu Dortmund "Borussiya"sını qəbul edib.
Bu komandalar arasında ilk görüş Almaniya təmsilçisi "Borussiya"nın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı. Ona görə də, finala çıxmaq şansı qonaqların tərəfində idi. Madridlilər isə finala çıxmaq üçün rəqib qapısına ən azı üç cavabsız top vurmalı idi.
Lakin Mourinyonun komandasının iki top vurmağa gücü çatıb. Beləliklə "Borussiya" 0:2 hesabı ilə uduzmağına baxmayaraq, iki oyunun nəticəsinə görə finala çıxıb.
"Real" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0