Rusiyanın erotik gözəllər Bakıya gəlir
- 05.09.2013, 19:08,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın məşhur, 3 cazibədar qızdan ibarət "Serebro” qrupu Bakıya gəlir.
Bu haqda məlumatı mətbuata konsertin təşkilatçısı, "A plus production”ın rəhbəri Əli Hüseynov verib.
Onun sözlərinə görə, qrupun konserti 14 sentyabr Bakının "Jumeirah Bigh Hotel”ində baş tutacaq.
Konsertdə DJ-lər Çina və Ruazla yanaşı "Yeni ulduz” müsabiqəsinin, "Eurovision” Milli seçim turunun iştirakçısı Ülvi Rəşidov də çıxış edəcək.
"Uzun zamandır bu qrupu gətiməyi düşünürdüm. Axır ki konsertin əsas təşkilatçılarından biri olan Elşən Səfərovla ortaq qərara gəldik. Sürprizlərlə dolu gecə vəd edirik. Yayın ən son partlayışı məhz bu konsert olacaq” - deyə Əli Hüseynov əlavə edib.
Qeyd edək ki, 20:00-da başlayacaq konsertin təşkilatı dəstəyi "KKM production"dır.
Əlavə olaraq onu da qeyd edək ki, son zamanlar Bakıya Rusiyanın seksual xanımları və porno ulduzları dəvət olunur...