Nazir bal aldı
- 05.09.2013, 19:38,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kənd Təsərrüfatı Naziri İsmət Abbasov bal yarmarkasına baş çəkib. ANS-in məlumatına görə, arıçılarla görüşən nazir məhsullarla tanış olub.
Yarmarkadakı qiymətlərlə də maraqlanan İsmət Abbasov sahibkarlardan bal da alıb.
Qeyd edək ki, bu gündən işə başlayan 14-cü respublika sərgi-satış yarmarkası Dəniz Vağzalının salonunda keçirilib.
Yarmarkada 49 rayondan 200 nəfər arıçının təxminən 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu satışa çıxaracağı gözlənilir. Yarmarkada balın kq-ı isə 15 manata satılacaq.
Arıçılıq yarmarkası oktyabrın 5-dək davam edəcək.