Həftənin əvvəlində Bakıda "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı" layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimi olub.
Trend-in məlumatına görə, layihənin podratçısı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dir. Sinqapurun "Surbana International Consultants" şirkətinin layihələndirdiyi qovşağın məsləhətçi-nəzarətçisi Türkiyənin "Pro Yapı Proje İnşaat" şirkətidir.
Layihə çərçivəsində ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2512 metr, eni 8-15,5 metr, hündürlüyü 5,5 metr, hərəkət zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol qovşağı inşa edilib.
Bu qovşaq üzrə keçid sxeminin təfərrüatlarının əks olunduğu videoçarxı təqdim olunub. Videoçarx "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" tərəfindən təqdim edilib.