Bakıda 30 ev söküləcək

Son illər paytaxtda tıxacların qarşısının alınması üçün yolların genişləndirilməsinə görə yol kənarlarındakı evlərin sökülməsi kütləvi hal alıb. Daha bir yolun genişləndirilməsi xeyli ailəni evsiz qoyacaq. Belə ki, Bakının Zabrat qəsəbəsi ərazisində magistiral yolun günişləndirilməsi ilə əlaqədar yol kənarlarında yerləşən evlər söküləcək.

Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, Sabunçu qovşağından Zabrat istiqamətində yolun üstündəki 30-dan çox ev söküləcək.

“Yolun təmiri hələ ki, başlamayıb. Həmin yolun kənarında xeyli sayda yaşayış və qeyri-yaşayış obyektləri var. Onların sahiblərinə qiymətlərinə uyğun kompensasiya ödəniləcək”, – deyə Pünhan Mürsəliyev bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri