ABŞ Dövlət Departamenti: “ABŞ-ın Suriyaya zərbə endirmək planını 9 ölkə dəstəkləyib”

"Doqquz ölkə Suriyada əməliyyatlarda iştirak etməkdən boyun qaçırsa da ABŞ-ın bu ölkəyə zərbə endirmək planını artıq dəstəkləyib".

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.

“Avstraliya, Albaniya, Kosovo, Kanada, Danimarka, Fransa, Polşa, Rumıniya və Türkiyə ABŞ-ın hərbi planlarına açıq və aydın dəstək veriblər”, deyə Psaki qeyd edib.

Onun sözlərinə görə, 80-dən çox ölkə kimyəvi silahın Suriya hakimiyyəti tərəfindən istifadə edildiyi barədə ABŞ-ın dəlilləri ilə razılaşıb və 50-dən çox ölkə analoji mövqeni açıq bildirib. Cen Psaki həmçinin deyib ki, ABŞ həmçinin 30-dan çox beynəlxalq təşkilatın razılığını da almağa müvəffəq olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri