Qəbiristanlıqda qadını keçmiş polis işçisinin qətlə yetirdiyi məlum olub

Bakıda qəbiristanlıqda törədilən ağır qətl hadisəsinin üstü açılıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində qətlə yetirilən qadının 1968-ci il təvəllüdlü Nazilə Nüsrət qızı Əmrahova olması müəyyənləşib.
 
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əmrahovanı tanışı, 1970-ci il təvəllüdlü Zeynal Sadıqov tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. Z. Sadıqov tutulub.
 
Z. Sadıqov polisə verdiyi ilkin ifadəsində N. Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib.
 
Polisdən həmçinin bildirilib ki, qətli törədən Z. Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri