Bakıda nəqliyyatın intellektual idarə olunması üçün 3D formatında rəqəmsal xəritələr hazırlanıb
- 06.09.2013, 16:30,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərində nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə şəhərin 2 200 kv. km ərazisində nəqliyyatın intellektual idarə olunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanıb. Bu xəritələrdə 57 növdə 3D formatında məlumatlar həm mətn, həm də qrafiki formada hazırlanmış aidiyyəti üzrə təhvil verilib.
APA-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının veb-saytına müsahibəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitətəsinin sədri Qərib Məmmədov bildirib.
Onun sözlərinə görə, bu işin əsas sifarişçisi Azərbaycan Nəqliyyat Nazirliyidir və Koreyanın SKCS şirkəti tərəfindən yerinə yetirilməsi tapşırılıb: “Bu xəritələr əsasında Bakı şəhəri ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır, eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir”.
Q.Məmmədov bildirib ki, Azərbaycan prezidentinin müvafiq fərman və sərəncamları ilə əsasən meşə fondu torpaqlarının bazasında yaradılan 9 Milli Parkın (Şahdağ, Altıağac, Abşeron, Göygöl, Ağgöl, Şirvan, Həsən Əliyev adına Zəngəzur, Hirkan, Samur-Yalama) ərazisində Komitə tərəfindən yerquruluşu və kadastr işləri aparılıb, onların sərhədlərinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək xəritələşdirilib və torpaqdan istifadə hüququna dair sənədlər işlənib təqdim edilib.