ABŞ-ın dövlət katibi Rusiyaya işgüzar səfər edəcək
- 01.05.2013, 08:29,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya işgüzar səfər edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu haqda Rusiyanın xarici işlər nazirliyi xəbər yayıb.
Məlumatda deyilir ki, əldə edilmiş razılaşmaya görə, səfər may ayının 7-8 tarixlərində baş tutacaq.
Səfər haqqında əlavə məlumat verilmir.
Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 23-də Kerri ilə görüşüb. Bu Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərlərinin üçüncü görüşü olub.