Bakıda dayı və 2 yaşlı bacısı qızı zəhərlənib, uşaq ölüb

Bakıda ailə faciəsi baş verib.


APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayan Şuşa rayon sakinləri, Zaur Araz oğlu Rəhimov və onun bacısı qızı, 2 yaşlı Fəridə İsgəndər qızı Paşayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.


Həkimlərin səyinə baxmayaraq F. Paşayevanın həyatını xilas etmək mümkün olmayıb. Z. Rəhimovun vəziyyəti isə ağır olaraq qalır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri