Bu il əhali kateqoriyasına aid 90 270 yeni qaz abonenti qeydiyyata alınıb

Bu il əhali kateqoriyasına aid 90 270 yeni qaz abonenti qeydiyyata alınıb Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi üzrə bu ilin yanvar-avqust aylarında əhali kateqoriyasına aid 90 270 yeni abonent qeydiyyata alınıb.

ARDNŞ-dən APA-ya verilən məlumata görə, bunun 28 713-ü Bakı, Abşeron və Sumqayıt, 61 557-i isə digər regionlara aid olub. Təkcə bu ilin avqust ayı ərzində 7 731 yeni abonent qeydiyyata alınıb.

Bu ilin 8 ayında əhali sektoru üzrə 1 394 142 970 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 103,1% vəsait toplanıb. Bu ilin avqust ayı ərzində isə 63 238 237 kubmetr təbii qaz satılıb, bu zaman sərf olunmuş təbii qazın dəyəri üzrə yığılmış vəsaitin həcmi 127,6% təşkil edib.

Bu onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümü zamanı yaranmış debitor borclar abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilib. Nəticədə bu ilin yanvar-avqust ayları ərzində debitor borc 9,6%, təkcə avqust ayında isə 3,6% azalıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri