Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçmiş polis əməkdaşının törətdiyi qətllə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakıda qəbiristanlıqda törədilən qətllə bağlı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Bakının Bülbülə qəsəbəsi, Nərimanov küçəsində yerləşən qəbiristanlıqda üzərində xəsarətlər olan naməlum qadın meyiti aşkar edilib. Həyata keçirilən tədbirlər nəticəsində meyiti tapılan qadının 1968-ci il təvəllüdlü Nazilə Nüsrət qızı Əmrahova olması müəyyənləşib.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N. Əmrahovanı tanışı, 1970-ci il təvəllüdlü Zeynal Mirzə oğlu Sadıqov tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. Z. Sadıqov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, qətli törədən Z. Sadıqov əvvəllər Sabunçu rayon Dövlət Yol Polisi İdarəsində çalışıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri